Hesabın silinməsi

Hesabınızı istənilən vaxt iki yolla silə bilərsiniz:

  1. Tətbiqdə: Profil - "Hesabı sil".
  2. Veb saytda: "Hesabı sil" səhifəsində telefon nömrənizi yazın, SMS ilə gələn kodu daxil edin. Bu yol tətbiqi artıq silmiş istifadəçilər üçündür.

Nə vaxt silmək mümkün deyil

  • Aktiv sifarişiniz varsa (hələ təhvil verilməyib və ya ləğv olunmayıb). Sifariş bitəndən sonra yenidən cəhd edin.
  • Təhvil verilmiş, amma ödənişi alınmamış sifarişiniz varsa. Əvvəlcə ödənişi tamamlayın.

Balansınızda vəsait varsa sizə xəbərdarlıq edilir: hesab silinəndə balans itir və geri qaytarılmır.

Silinəndə nə olur

  • Hesabınıza giriş bağlanır, bütün cihazlarda sessiyalar bitir.
  • Saxlanmış kartlarınız silinir (ödəniş provayderindəki kart açarı da).
  • Cihazlarınızın bildiriş açarları silinir - artıq bildiriş almırsınız.
  • Mağazalar köhnə sifarişlərinizdə adınızı və nömrənizi görmür ("Silinmiş istifadəçi").
  • Rəy və suallarınız mağazanın reytinqi pozulmasın deyə qalır, amma adınız göstərilmir.

Nə saxlanılır

Sifariş və ödəniş qeydləri mühasibat və vergi qanunvericiliyinin tələbi ilə saxlanılır. Bu məlumatları yalnız platformanın səlahiyyətli əməkdaşları görə bilər.

Eyni nömrə ilə yenidən qeydiyyat

Silinmiş hesabın nömrəsi ilə yenidən qeydiyyatdan keçə bilərsiniz - yeni hesab açılır. Köhnə hesabın sifarişləri və balansı yeni hesaba keçmir. "İlk sifariş" və dəvət bonusları təkrar verilmir.

Əlaqə

Sual yaranarsa: [e-poçt], [telefon].

Son yenilənmə: 14.11.2026

Hesabın silinməsi - AgroBox